Sabah" rəhbərliyi yeni mövsümə komandanın hansı baş məşqçi ilə başlayacağına qərar verib.
Masazır təmsilçisi Ramin Quliyevə yola davam edəcək. Yaxın günlərdə bu təyinatın detalları ictimaiyyətə rəsmi açıqlanacaq. Xatırladaq ki, İspaniyalı mütəxəssis Visente Qomesin istefaya göndərilməsindən sonra onun səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə tapşırılmışdı. "Sabah" Quluyevin rəhbərliyi altında 9 oyun keçirib. Bu görüşlərdə 2 məğlubiyyət, 3 qələbə və 4 heç-heçə qeydə alınıb.