Cənubi Amerikada Libertadores kuboku turnirində mübarizə davam edir.
Qrup mərhələsində 5-ci turun görüşləri keçirilir. Əsas diqqətlər Buenos Ayresə yönəlmişdi. “Argentinos Xuniors” komandası Kolumbiyanın “Atletiko Nasional” komandasını qəbul edib. Görüş gərgin mübarizə şəraitində keçib. İlk dəqiqələrdən üstünlüyü ələ alan meydan sahibləri çox çalışsalar da, ilk hissədə fərqlənə bilməyiblər. Fasilədən sonra argentinalılar hücumlarını daha da gücləndiriblər. Onların cəhdləri matçın sonlarında bəhrəsini verib. 90-cı dəqiqədə Emanuel Erreira rəqib qapısına yol tapıb. Minimal hesabla qalib gələn “Argentinos Xuniors” F qrupunda 12 xalla liderlyini davam etdirir.