Türkiyə kuboku turnirinin final matçı keçirilib.

Həlledici qarşılaşmada “Antalyaspor”la “Beşiktaş” üz-üzə gəlib. Bir neçə gün öncə Superliqanın çempionluğunu bayram edən İstanbul komandası bu dəfə də qələbəyə ümidli idi. Elə ilk dəqiqələrdə hesab açılıb. Josef Souza fərqlənib. Bərabərlik üçün irəli atılan nominal meydan sahibləri qapılarında daha bir top görüblər. 30-cu dəqiqədə Valentin Royzo fərqi artırıb. Fasilə məğlub yollanan Antalya futbolçuları çox çalışsalar da, ikinci yarıda heç nə ilə yadda qala bilməyiblər. 2 cavabsız qolla qalib gələn “Beşiktaş” kuboku başı üzərinə qaldırıb. Beləliklə, Sərgən Yalçının komandası tarixində 10-cu dəfə Türkiyə Kubokunu qazanıb. "Ağ-qaralar" həm də 2009-cu ildən sonra ilk dəfə "qızıl dubl" ediblər.