Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev Azərbaycan çempionatında çıxış edə bilər.
O, Ukraynanın "Minay"dan ayrılmağa hazırlaşır. Buna səbəb komandanın Ukrayna Premyer Liqasını tərk etməsidir. Bu mövsüm vurduğu 10 qolla bombardirlər yarışını 3-cü pillədə başa vuran hücumçu “Sabah”a təklif olunub. İlkun olaraq millimizin üzvü Masazır təmsilçisindən ayda 12 min dollar məvacib istəyir. Əgər tərəflər arasında razılıq əldə olunsa, yığma üzvü 1+1 illik müqavilə imzalanacaq.