Harri Keyn “Tottenhem”dən getmək fikrində qətidir.
Britaniya mətbuatının məlumatına görə, ingiltərəli hücumçu bununla bağlı klub rəhbərliyinə müraciət edib. 27 yaşlı hücumçu londonluların heyətində titul qazanmaq imkanlarının aşağı olmasına görə başqa komandaya keçmək istəyir. Bu isə “Tottenhem”in prezidenti Deniel Levini çətin vəziyyətə salıb. Çünki paytaxt klubuna növbəti mövsüm kimin rəhbərlik edəcəyi də məlum deyil. Baş məşqçi axtarışları yanaşı, əsas bombardirin başqa kluba keçmək ehtimalının yüksək olması yeni mövsüm üçün iddiaları xeyli azaldır.