Naxçıvanda keçirilən şahmat üzrə Azərbaycan çempionatı sona yaxınlaşır.
Yarışda final mərhələsinin ilk qarşılaşmaları keçirilib. Çempionluq mübarizəsində Vasif Durarbəyli və Nicat Abbasovun ilk duleində qalib müəyyənləşməyib. Şahmatçılar heç-heçəyə razılaşıblar. 3-cü yer uğrunda görüşdə isə Eltac Səfərli və Nicat Məmmədov qarşılaşıb. Bu oyununda da tərəflər sülh bağlayıblar. Azərbaycan çempionatının mükafatçıları bu gün keçiriləcək qarşılaşmalardan sonra müəyyənləşəcək. Yarışın qalibi ölkəmizi dünya kubokunda təmsil etmək hüququ qazanacaq. Xatırladaq ki, çempionatda 8-i qrossmeystr olmaqla 12 şahmatçı mübarizə aparıb. Turnir başa çatdıqdan sonra qadın şahmatçılar ölkə çempionatında mübarizəyə başlaycaqlar.