“Zirə” klubu da artıq indidən heyətini gücləndirmək üçün fəaliyyətə başlayıb.
Paytaxt klubunun diqqət mərkəzində olan ilk futbolçu artıq bəllidir. Qəsəbə təmsilçisi Belçikanın “Muskron” komandasının hücumçusu Fabris Olinqanın transferində maraqlıdır. 25 yaşlı forvardın hazırkı klubu ilə müqavilə müddətinin iyulun 1-nə qədər olması transferin reallaşması imkanlarını artırır. Ancaq Olinqa bütün təklifləri dəyərləndirdikdən sonra yekun qərarını verəcək. Əsas mövqeyi sol cinah olsa da, hücumun bütün cinahlarında oynamağı bacaran Fabris Olinqa Eto akademiyasının yetirməsidir. İspaniyada “Malaqa, Kiprdə “Apollon”, Belçikada “Zulte-Varegem”, Rumıniyada “Vitorul”un formasını geyinən forvard 2015-ci ildən “Muskron”un şərəfini qoruyur.