“Keşlə” ən aparıcı futbolçusu olan Sezar Meza Kollini satmağa hazırdı. Paraqvaylı yarımmüdafiəçiyə həm Azərbaycandan, həm də kənardan təkliflər var. Azərbaycandan “Neftçi” onun xidmətndə ciddi şəkildə maraqlıdır. Rəhbərlik də yaxşı məbləğ qarşılığında Meza Kollini satmağın əleyhinə deyil. Qeyd edək ki, sözügedən futbolçunun “Keşlə” ilə ilin sonuna kimi müqaviləsi var.