"Neftçi" iki legioner hücumçusu ilə bu yay vidalaşmağı planlaşdırır.
Baş məşqçi Samir Abasov həm Stiven Monrozun, həm də bu qış icarəyə götürülən Ahmed Ahmedovun komandada qalmasını istəmir. Məşqlərdəki hərəkətləri ilə meydandakı oyunu uzlaşmayan Ahmedovun icarə müqaviləsi uzadılmayacaqsa, aldığı yüksək maaşın qarşılığını verə bilməyən Monroz da yola salınacaq.