“Neftçi” klubu “Keşlə”nin aparıcı legioneri Sezar Meza Kollini transfer etməyə hazırlaşır.
Artıq paraqvaylı yarımmüdaiəçi ilə müqavilə şərtlərinin razılaşdırıldığı bildirilir. «Ağ-qaralar» ona hazırkı ıkomandasında qazandığından xeyli artıq maaş təklif edib. Əgər tərəflər arasında tam razılıq əldə olunsa Sezar “flaqman”la 2 illik müqavilə bağlayacaq. Qeyd edək ki, ölkəmizdə “Zirə” klubunun da şərəfini qoruyan paraqvaylı futbolçu bir müddət Rumıniyanın “Krayova” klubunda çıxış etsə də, 2020-ci ildə yenidən “Keşlə”yə qayıdıb.