"Neftçi" legionerlərdən biri haqda qərarını verib.

"Ağ-qaralar" serbiyalı müdafiəçisi Vojislav Stankoviçlə cari mövsümün sonunda başa çatan müqavilənin müddətini uzadacaq. 34 yaşlı futbolçuyla yeni anlaşmanın 1 illik olması gözlənilir. Xatırladaq ki, Stankoviç 2019-ci ilin yayından "Neftçi"də forma geyinir. O, bunadək ölkəmizdə "İnter" və "Qəbələ"də çıxış edib.