"Sumqayıt"ın futbolçusu Murad Xaçayev gələn mövsümdən karyerasını Ukraynada davam etdirəcək.

23 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi "Zarya" ilə razılığa gəlib. Xaçayev 2018-ci ilin yayında Donetsk "Şaxtyor"undan "gənclik şəhəri" təmsilçisinə keçib. O, bu mövsüm keçirdiyi 23 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.