Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ evdə "Mançester Siti"ni qəbul edəcək. Oyundan qabaq parislilərin baş məşqçisi Maurusio Poçettino rəqib haqda fikirlərini bölüşüb: "Mançestr Siti" dünyanın ən güclü komandalarından biridir. Bu komandanın çox yüksək səviyyəli baş məşqçisi var. Onlara qarşı oyunumuz "Bavariya" ilə görüşümüzdən daha ağır keçəcək. Əsas odur ki, 180 dəqiqə yaxşı futbol oynayaq".
Xatırladaq ki, oyun bu gün Bakı vaxtıyla 23:00-da start götürəcək. Cavab oyunu isə mayın 4-də Mançesterdə keçiriləcək.