Türkiyə çempionatında 38-ci tura Hatay şəhərində start verilib.

Yerli komanda doğma meydanda “Gənclərbirliyi”ni qəbul edib. Oyuna sürətli hücumlarla başlayan “Hatayspor” 8-ci dəqiqədə hesabı açıb. Rayan Abid uzaq məsafədən topu qapıya göndərib. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb. Fasilədən sonra Ömər Ərdoğanın komandası fərqi artırıb. Babacide Devid Akintolanın ötürdüyü topu Mame Biram Diuf qapıya vurub. 78-ci dəqiqədə paytaxt klubu fərqi minimuma endirib. Robert Piris komandasını ümidləndirib. Lakin 6 dəqiqə sonra Mame Biram Diuf dubl edərək mübarizəyə nöqtə qoyub: “Hatayspor” – “Gənclərbirliyi” 3:1. Beləliklə, xallarının sayını 57-yıə çatdıran “Hatayspor” 5-ci pilləyə yüksəlib. 35 xalı olan “Gənclərbirliyi” isə autsayderlər qrupundadır. Çempionata 75 xalla “Beşiktaş” başçılıq edir. 72 xalı olan “Fənərbağça” ikinci, ondan 3 xal az toplayan “Qalatasaray” isə üçüncüdür.