Çempionlar Turunun V mərhələsində ¼ final görüşlərinə start verilib. Şahmatçılarmızdan Teymur Rəcəbov turnirin təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. 4 oyunun hamısında tərəflər sülh bağlayıblar.

Şəhriyar Məmmədyarov isə FİDE bayrağı altında yarışan iranlı Alireza Firuzca ilə qarşılaşıb. 4 oyunun 2-də qalib gəlib 2-də heç-heçə edən Şəhriyar ümumilikdə 3:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, bu gün ¼ final mərhələsinində tərəflər daha 4 görüşdə üz-üzə gələcəklər. Xatırladaq ki, Şəhriyar Məmmədyarov təsnifat mərhələsini 3-cü, Teymur Rəcəbov isə 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıb.