İngiltərə premyerliqasında 33-cü tura “Lester” - “Kristal Pelas” görüşü ilə yekun vurulub. 12-ci dəqiqədə qonaqlar gözlənilmədən hesabı açıblar. Vilfrid Zaha qapıçıya dueldə qalib gəlib. İlk hissə London klubunun minimal üstünlüyü ilə başa çatıb. Amma fasilədən sonra “Lester” futbolçuları dönüş etməyə nail olublar. Əvvəlcə 50-ci dəqiqədə Keleçi İhenaçonun ötürməsindən sonra Timoti Kastan dəqiq zərbəylə tarazlığı bərpa edib. Vaxtın başa çatmasına 10 dəqiqə qalmlş isə İhenaço özü effektli oynayaraq mübarizəyə nöqtə qoyub: “Lester” - “Kristal Pelas” 2:1.
Qələbə sayəsində xallarlnln sayını 62-yə çatdıran “tülkülər” hazırda ilk 3-lüyü tamamlayırlar. Zirvədə qərarlaşan “Mançester Siti” 77 xalla 1-ci, 10 xal az toplayan “Mançester Yunayted” 2-cidir. “Kristal Pelas” isə 38 xalla 13-cü sıradadır.