Fransa çempionatının 34-cü turunda yarış cədvəlinin lideri “Lill” Lyon səfərindən 3 xalla qayıdıb.

Yerli komanda “Olimpik Lyon” ilə üz-üzə gələn “Lill” futbolçuları ilk hissədə heç də inamlı təsir bağışlamayıblar. Hesab 20-ci dəqiqədə açılıb. İslam Slimani qüvvətli zərbə ilə topu qapıya vurub. Çox keçmədən “Lill”in müdafiəçisi Joze Fonte avtoqol müəllifi olub. 2:0. İlk yarıya əlavə olunan 1-ci dəqiqədə Burak Yılmaz cərimə zərbəsindən topu qapıya göndərib. Fasilədən sonra təzyiqini artıran qonaqlar daha 2 qol vurublar. Əvvəlcə Burak Yılmazın ötürməsindən sonra Conatan Devid meydan sahiblərini cəzalandırıb. Yekunda isə türkiyəli futbolçu özü fərqlənərək matçın qəhrəmanına çevrilib. “Lyon” – “Lill” 2:3. Bu nəticə ilə xallarının sayını 73-ə çatdıran “Lill” zirəvədəki mövqeyini möhləmlədib. Ondan 1 xal az toplayan PSJ ikincidir. İlk üçlüyü 71 xalla “Monako” tamamlayır.