Almaniya bundesliqasının 30-cu turunda “Borussiya” “Union”u qəbul edib.

Son 2 oyundqa qələbə qazanan Dortmund futbolçuları bu dəfə də qələbəyə niyyətli idilər. İlk hissədə hesab açılıb. 27-ci dəqiqədə Erlinq Holand penaltini dəqiq yerinə yetirə bilmıəsə də, Marko Roys topu qapıdan keçirib. Fasiləyə üstün yollanan meydan sahibləri ikinci yarıda da hücumlarını davam etdiriblər. Matçın sonlarında daha bir qol vurulub. Bu dəfə Rafael Gerreiro diqqət mərkəzinə düşüb. 2 cavabsız qolla qalib gələn “Borussiya” 52 xalla ilk beşliyi tamamlayır. Turnir cədvəlinə 71 xalla “Bavariya” başçılıq edir.