İngiltərə premyerliqasının 32-ci turunda “Aston Villa” “Mançester Siti”ni qəbul edib. Yarış cədvəlinin lideri oyuna yaxşı başlamayıb. Matçın ilk dəqiqəsində hesab açılıb. Meydan sahiblərindən Con Makqin fərqlənib. Ruhdan düşməyən qonaqlar çox keçmədən əzmkar oyunla hesabı öz xeyirlərinə dəyişiblər. 22-ci dəqiqədə Fil Foden taralığı bərpa edib. Fasilə ərəfəsində isə Rodri “Aston Villa” futbolçularını mərkəzə dəvət edir. 44-cü dəqiqədə Con Stons qırmızı vərəqə ilə cəzalandırılır. Say azlığına baxmayaraq “Mançester Siti” üstünlüyünü sonadək qoruyur. 2:1 hesabı ilə qələbə qazanan Xosep Qvardiolanın komandası 77 xalla liderliyini davam etdirir.
Joze Maurinyonun gedişindən sonra “Tottenhem” ilk matçına çıxıb. Rayan Meysonun rəhbərliyi ilə meydana çıxan futbolçular ilk hissəni “Sauthempton”a uduzblar. Denni İnqs fərqlənib. İkinci yarıda əzmkar oyun nümayiş etidiriblər. 60-cı dəqiqədə Qarte Beyl hesabı bərabərləşdirib. Matçın sonlarında isə Hun Min Son mübarizəyə nöqtə qoyub. 2:1 hesabı ilə qalib gələn “Tottenhem” 53 xalla 6-cı pilləyə yüksəlib.