«Qarabağ» aparıcı hücumçusu Mahir Emreliyə yeni müqavilə təklif edib.

Ağdam klubu hücumçuya bir mövsüm üçün 500 min manat ödəməyə hazırdır. Əgər futbolçu bununla razılaşarsa, onun 3 illik anlaşma imzalanacaq. Qeyd edək ki, 2015-ci ildən “Qarabağ”da forma geyinən və cari sözləşməsi 2 ay sonra bitəcək forvard hələlik klubun təklifinə konkret cavab verməyib. Mətbuata verdiyi açıqlamada isə millinin üzvü karyerasını ölkə xaricində davam etdirmək istədiyini bildirmişdi.