Riçard Almeyda daha bir mövsüm “Zirə”də forma geyinə bilər.

Baş məşqçi Rəşad Sadıqov onun da komandada qalmasını istəyir və futbolçu ilə danışıqlar da başlanılıb. Qeyd edək ki, Almeyda “Zirə”yə 2020-ci ilin oktyabrında gəlib və mövsümün sonuna kimi müqaviləsi var.