Monte-Karloda təşkil olunan ATP seriyalı turnirə yekun vurulub.
Mükafat fondu 2 milyon 82 min avro olan yarışın finalında rusiyalı Andrey Rublyov və yunanıstanlı Stafanos Çiçipas qarşılaşıb. Son vaxtlar inamlı çıxışı ilə diqqət çəkən Rublyovun bu görüşdə də qələbə imkanları yüksək qiymətləndirilirdi. O, finala vəsiqə qazanmaqla ATP reytinqdə isveçrəli Roje Federeri geridə qoyaraq 7-ci pilləyə yüksəlmişdi. Lakin ehtimallar özünü doğrultamyıb. Çiçipas ilk dəqiqələrdən iddiasını nümayiş edtirib. Qarşılaşmaya yaxşı başalayan Stafanos birinci setdə 6-3 hesabı ilə üstün olub. İkinci setdə də təşəbbüsü əldən verməyən yunanıstanlı raketka ustası eyni hesabla qalib gəlib. Beləliklə hər iki hissədə rəqibini məğlub edən Stafanos Çiçipas Monte-Karlo turnirinin fəxri mükafata sahib olub. Maraqlıdır ki, Çiçipasin anası keçmiş tennisçi, Yuliya Salnikova da 40 il bundan əvvəl keçirilən anoloji yarışın qalibi olmuşdu.