Rusiya çempionatında 26-cı tura yekun vurulub.  “Spartak Moskva” – UFA və “Soçi” – ÇSKA oyununda üç qol qeydə alınıb. “URAL” – “Rubin Kazan” oyununda isə azarkeşlər 1 qola şahidlik ediblər:

Liderliyə iddialı “Spartak Moskva” – “Ufa”nı qəbul edib. Gözlənilənlərin əksinə olaraq oyuna qonaqlar iddialı başlayıblar və ilk hissənin sonlarında istəklərinə çatıblar. Vladislav Kamilov fərqlənib. Oyunun ikinci hissəsi də qonaqların diqtəsi altında keçib. Əvvəlcə, Filip Mirzilyak komandasının üstünlüyünü iki topa çatdırıb. 87-ci dəqiqədə hakim Spartak”ın qapısına penalti təyin edib. İlk cəhtdən qapıya düşə bilməyən Kamilov ikinci cəhtdən topu tora qovuşdurub: “Spartak Moskva” – UFA 0 – 3.

Günün diqər qarşılaşmasında isə Moskvanı təmsil edən digər kollektiv ÇSKA səfərdə “Soçi”nin qonağı olub.  40-cı dəqiqədə hakim qonaqların qapısına penalti təyin edib. Topa yaxınlaşan Kristian Noboa isə əlinə düşən fürsəti boşa verməyib. Görüşdə növbəti qol 55-ci dəqiqədə vurulub. Artur Yusupov üstünlüyü iki topa çatdırıb. ÇSKA futbolçuları buiraxılan qoldan yalnız birinin əvəzini çıxmağa müvəffəq olublar. 79-cu dəqiqədə İqor Diveyev fərqlənib.  “Soçi” – ÇSKA Moskva 2-1.

“Ural”  - “Rubin” qarşılaşmasında isə  ikincilər sürprizə imkan verməyiblər. Yalnız bir qolun qeydə alındığı matçda hesab 45-ci dəqiqədə açılıb.  Darko Yevtic fərqlənib ki, bu da oyunda ilk və sonuncu qol olub.  83-cü dəqiqədə ev sahiblərinin məğlubiyyətdən qaçmaq üçün şansları olsa da Andrey Panyukov penaltini qaçırıb:  “Ural” – “Rubin” 0-1.

26 turdan sonra turnir cədvəlinə 55 xalla “Zenit” başçılıq edir. “Lokomotiv” 49 xalla ikinci, ondan iki xal geri qalan Spartak isə ilk üçlüyü tamamlayır.