“Sabah” klubu futbolçusu Tiemoko Fofananın transfer hüququna yiyələnib.
Paytaxt təmsilçisinin rəsmi saytı xəbər verir ki, Finlandiyanın “İlves” klubu ilə 21 yaşlı hücumçunun keçidinə dair razılığa gəlinib. Afrikalı forvardla 3 illik müqavilə imzalanıb. Kot d İvuardan olan futbolçu bu ilin yanvarında “İlves”dən icarəyə götürülmüşdü. Fofana cari mövsüm Azərbaycan Premyer Liqasında 8 oyun keçirərək 1 qol vurub.