Qəbələ” daha bir yetirməsi ilə vidalaşa bilər.

Müdafiəçi Rüfət Əhmədov Premyer Liqanın iki klubunun maraq dairəsindədir. Konkret olaraq “Qarabağ” və “Sumqayıt” 19 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir. Qeyd edək ki, cari mövsüm Premyer Liqada 11 oyun keçirən Rüfət Əhmədov müdafiənin hər iki cinahında da çıxış edə bilir.