Türkiyə Super Liqasının 33-cü turunda lider “Beşiktaş” “Alanyaspor”u qəbul edib.
Oyuna gözlənildiyi kimi meydan sahibləri daha yaxşı başlayıblar. “Beşiktaş” futbolçuları 11-ci dəqiqədə istəklərinə çatıblar. Cenk Tosun fürsəti boşa verməyib. Matçın ikinci hissəsi daha məhsuldar alınıb. 58-ci dəqiqədə “Beşiktaş”ın heyətində Rəşid Qezzal baxımlı qolla fərqi artırıb. 85-ci dəqiqədə isə Kevin N-kudu Atiba Hatçinsonun ötürməsini lazımınca dəyərləndirərək yekun nəticəni müəyyənləşdirib. “Beşitaş” - “Alanyaspor” 3:0
Qələbə sayəsində xallarının sayını 67-yə çatdıran İstanbul futbolçuları zirvədə möhkəmləniblər.