Şahmat üzrə klublararası Avropa kubokunda 2 komandamız pley-ofa çıxıb.
“Odlar Yurdu” qrup lideri kimi, “Təhsil” isə 2-ci yeri tutaraq qitə yarışında mübarizəni davam etdirmək hüququ qazanıb. Bu mərhələdə ümumən 18 klub yarışacaq. Onlar 3 qrupa bölünəcək. Hər qrupda 6 komandadan ilk 3 yeri tutan kollektiv finala çıxacaq. Həlledici mərhələdə qadınların analoji turnirində baş mükafata yiyələnən komanda da çıxış edəcək. Nəhayət mart ayının son 2 günündə dairəvi sistemlə keçiriləcək finalda qalib və mükafatçılar müəyyənləşəcək.