“Sabah” və “Sumqayıt” klubları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən yararlanan komandalar Masazırdakı “Bank Respublika Arena”da qarşılaşıblar. Beş qolun qeydə alındığı matç “Sabah”ın 3-2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərindən Filip İvanoviç, Slavik Alxazov və Tiemoko Fofana fərqlənib. “Sumqayıt”ın hər iki qolunun müəllifi isə Mehdi Şərifi olub.