"Qarabağ" milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edərək, hazırlıq prosesinə başlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda artıq məşqlərə start verib. Hazırlıqda 8 futbolçu iştirak edib. Məşq prosesində milli komandalara dəvət almış oyunçular qatılmayıb. Ağdam təmsilçisi hazırlıq prosesində U-21-lə yoxlama oyununda da qüvvəsini sınayacaq. Görüş martın 20-si Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.