“Bavariya” Çempionlar Liqasının 1/8 finalında Münhendə Latsionu qəbul edəcək. Romadakı ilk oyunda 4:1 hesablı qələbə qazanan Almaniya klubu böyük üstünlüyə malikdir. Komandanın baş məşqçisi Hans-Diter Flik bu görüşdə kapitan Manuel Noyerə istirahət etmək imkanı yaradıb. Qolkiper iştirak erizəsinə daxil edilməyib. Ilk görüşdəki böyükhesablı qələbəyə baxmayaraq Hans-Diter Flik bu qarşılamada da qələbə qazanamaq istdiklərini dilə gətirib:  “Həm Bundesliqada həm də Çempionlar Liqasında əla oynayırıq. Əsas hədəfimiz bunu sona kimi davam etdirməkdir. Ilk matçdakı qələbəyə baxmayaraq bu matçda da ancaq qalibiyyəti düşünürük. Doğma meydanda çıxış edirik. Qələbə qazanaraq öz gücümüzə əminliyi daha artırmaq istəyirik”.

“Latsio”nun baş məqçisi Simeone İnzagi də oyunla bağlı fikirlərini açıqlayıb. İtaliyalı mütəxəssis artıq turnirdə hədəflərinə çatdıqlarını bildirib: “Çempionlar Liqasında əsas hədəfimiz pley-offa yüksəlmək idi. Təxminən 20 ildən sonra ilk dəfə 1/8 finalda çıxış edirik. Bu bizim üçün böyük hadisədir. əsas məqsədimiz Çempionlar Liqasında mütəmadi olaraq çıxış etməkdir. Cavab görüşünə gəldikdə isə, qarşılaşmadan zövq almağa çalışacağıq”.

Qeyd edək ki, Bavariya – Latsio görüşü bu gecə saat 12-də başlanır.