Türkiyə Kuboku uğrunda yarışda ilk finalçı məlum olub. Yarımfinal mərhələsində “Beşiktaş” şəhərin digər təmsilçisi “Başakşəhər”lə üz-üzə gəlib.

Oyunda ilk təhlükəli vəziyyət 7-ci dəqiqədə qeydə alınıb. Cərimə zərbəsindən sonra Vellinton Silva topu başla qapıdan keçirsə də hakim Fırat Aydınus qolu qeydə almayıb. Təzyiqini azaltmayan meydan sahibləri 10 dəqiqə sonra istəyinə nail olublar. Vinsent Abubakar hesabı açıb. Çox keçmədən fərq iki topa yüksəlib. Domaqoy Vida nominal qonaqları məyus edib. Lakin ruhdan düşməyən Aykut Kocamanın komandası fasilədən sonra hücumlarını artırıb. Saatın tamamında Deniz Türüç fərqi minimuma endirib. 77-ci dəqiqədə isə Juliano oyunda tarazlıq yaradıb - 2:2. 90 dəqiqə ərzində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. 101-ci dəqiqədə “Beşiktaş” futbolçuları qələbə qolunu vurublar. Kayl Larin fərqlənərək mübarizəyə nöqtə qoyub: “Beşiktaş” – “Başakşəhər” 3:2. Bu qələbə sayəsində “Qara Qartal” turnirin həlledici mərhələsinə vəsiqə qazanıb. Sərgən Yalçının komandası finalda “Antalyaspor” – “Alanyaspor” cütünün qalibi ilə üz-üzə gələcək.