Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində növbəti oyunlar olub. 2-ci oyun günündə təmsilçilərimiz daha 5 qarşılaşma oynayıblar.

Teymur Rəcəbov  ilk 3 görüşündə sülh bağlayıb. O, ardıcıl olaraq amerikalı Hikaru Nakamura, niderlandlı Yorden van Forest və fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. 4-cü oyununda FIDE təmsilçisi Alireza Firuzcaya məğlub olan Teymur Rəcəbov son görüşündü norveçli dünya çempionu Maqnus Karlsenlə sülh bağlayıb.

 

Şəhriyar Məmmədyarov da Alireza Firuzcaya uduzmaqla diqqət çəkib. Qrossmeysterimiz Maqnus Karlsen və ispaniyalı David Antonla da bacarmayıb. O, 4-cü görüşündə İsveçli Nils Qrandeliusa qalib gəlsə də, sonuncu qarşılaşmasında Niderland təmsilçisi Aniş Giriyə məğlub olub. Qeyd edək ki, ikinci yarış günündən sonra Teymur Rəcəbov 4 xal yarımla 11-ci, Şəhriyar Məmmədyarov isə 4 xalla 12-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 8 xal toplayan  Aniş Giri başçılıq edir