“Neftçi” iranlı legioneri Saman Nərimancahanla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Paytaxt təmsilçisi bu haqda rəsmi məlumat yayıb.

"Ağ-qaralar" 30 yaşlı yarımmüdafiəçiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, keçən ilin yanvarında “Neftçi”yə keçən Nərimancahan “ağ-qara” formada 22 oyunda meydana çıxıb, 1 qol vurub.