UEFA Avropa Liqasının 1/8 finalında “Mançester Yunayted” “Milan”ı qəbul edəcək. “Olda Trafford”da keçiriləcək oyuna maraq böyükdür. Komandalar bunadək qitənin ən nüfüzlu klub turniri – Çempionlar Liqasında 6 dəfə üz-üzə gəliblər. Hər iki tərəf 3 dəfə qələbə qazanıb. Heyətlərə gəlincə, hər iki komanda da problemlər var. Belə ki, İngiltərə təmsilçisinin heyətində Fil Cons, Xuan Mata, Pol Poqba və De Xea oynamayacaq. Kavani, Reşford və Van de Beekin çıxışı isə sual altındadır. İtaliya klubunda isə İsmail Bennaser, Hakan Çalhanoğlu, Zlatan İbrahimoviç, Daniel Maldini, Mario Mandzukiç və Ante Rebiç matçı kənardan izləyəcək. “Mançester Yunayted”in baş məşqçisi Ule-Qunnar Sulşer mətbuat konfransında iddialı danışıb.
TİTR: ULE QUNNAR SULŞER, “MANÇESTER YUNAYTED”İN BAŞ MƏŞQÇİSİ
“Rəqib çox güclüdür. Amma bu, bizi qorxutmur. Başa düşürük, “Milan”ın heyətində ciddi problemlər var. Aparıcı oyunçulardan bəziləri meydana çıxmayacaq. Biz də eyni problemlərə üzləşmişik. Lakin, inanıram ki doğma meydanda azarkeşlərimizi sevindirəcəyik”.
“Milan”ın baş məşqçisi Stefano Pioli səfərdən sərfəli nəticə ilə qayıtmaq niyyətində olduqlarını bildirib.
TİTR: STEFANO PİOLİ, “MİLAN”IN BAŞ MƏŞQÇİSİ
“Düşünürəm ki, bu qarşılaşma gecənin oyunu olacaq. Azarkeşlərə fantsatik görüş vəd edirik. Qələbə üçün əlimizdən gələni edəcəyik. “Old Trafford”dan sərfəli nəticə ilə ayrılsaq, ikinci matçda üstünlüyümüzü qoruya biləcəyik.
Qeyd edək ki, “Mançester Yunayted” – “Milan” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.