İngiltərə premyer liqasında 33-cü turun “Mançester Siti” - “Sauthempton” matçında hesab 15-ci dəqiqədə açılıb. Kevin De Bröyne qolkiperin qaytardığı topu qapıya vurub. 25-ci dəqiqədə hesab bərabərləşib. Ceyms Uord Prouz meydan sahibıərinin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. 40-cı dəqiqədə Riad Mahrez “şəhərlilər”i növbəti dəfə irəli keçirib. Çox keçmədən İlkay Gündoğan fərqi artırıb. Digər 3 qol fasilədən sonra vurulub. 55-ci dəqiqədə Riad Mahrez dubl edib. Bu qoldan dərhal sonra Çe Adams “Sauthempton” futnolçularını ümidləndirib. Lakin qonaqlar bundan artığına nail ola bilməyiblər. 59-cu dəqiqədə Kevin De Bröyne mübarizəyə nöqtə qoyub - “Mançester Siti” - “Sauthempton” 5:2.
29 oyundan 68 xal toplayan Pep Qvardiolanın komandası zirvədədir. Ehtiyatda 1 görüşü olan “Mançester Yunayted” 54 xalla 2-ci, “Lester” 53 xalla 3-cüdür.