Zaqatalanın "Simurq" klubunun ukraynalı sabiq baş məşqçisi Roman Pokora vəfat edib.

Ukrayna mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Pokora 2006-10-cu illərdə "Simurq"da baş məşqçi olub. O, 2008/09 mövsümündə Azərbaycan çempionatında bürünc medal qazanıb və komanda ilk dəfə avrokuboklarda - Avropa Liqasında iştirak edib. Bu, artıq xeyli vaxtdı tarixin yaddaşına köçən "Simurq"un yeganə uğuru olub.