MBA karyerasına 2001-ci ildə başlayan əfsanəvi ispaniyalı basketbolçu Pau Qazol 20 ildən sonra Avropaya qayıdıb. Əfsanəvi ispaniyalı basketbolçu karyerasına “Barselona” klubunda davam etdirəcək.

Joan Laportanın  “Barselona” prezidenti seçilməsi ilə Qazolun klubun bazasına gəlişi eyni vaxta təsadüf edib.  40 yaşlı mərkəz oyunçusu Barselonada tibbi baxışdan keçib. Daha sonra komandanın məşqçini ziyarət edən Qazol texniki heyətin nümayəndəsi və klubun sabiq əfsanəvi basketbolçusu Xuan Karlos Navarro ilə görüşüb. Ən yadda qalan məqam isə Qazolun klubun yeni prezidenti Joan Laporta ilə görüşü olub. Xatırladaq ki, Pau 1999-cu ildə karyerasına məhz “Barselona”da başlayıb. 2 il bu komandada çıxış etdikdən sonra ispaniyakı basketbolçu MBA-ya yollanıb. O, 20 il ərzində “Memfis Qrizzlis”, “Los Anceles Leykers”, “Çikaqo Bullz”, “San Antonio Spörz” və “Miluoki Bəks”in heyətində çıxış edib. O, 2 dəfə “Leykers”in heyətində MBA çempionu olub, 6 dəfə “All Star” matçının iştirakçısı olub.