Azərbaycan çempionatının 19-cu turunda lider “Neftçi” “Keşlə”ni qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. “Ağ-qaralar” erkən qolla hesabı açıblar. Namiq Ələsgərov 6-cı dəqiqədə fərqlənib. Çox keçmədən fərq artıb. Bu dəfə Ömər Buludov mükəmməl zərbə ilə rəqib qapısına yol tapıb. Fasiləyə üstün yollanan meydan sahibləri ikinci yarıda da təzyiqi azaltmayıblar. 64-cü dəqiqədə Namiq Ələsgərov dubl edib. Penaltini dəqiq yerinə yetirən yarımmüdafiəçi 13 qolla bombardirlik yarışında liderliyə yüksəlib. Qonaqlar toplardan birinin əvəzini çıxa biliblər. 81-ci dəqiqədə Azər Salahlı fərqlənib. 3-1 hesabı ilə qalib gələn “Neftçi” 39 xalla liderliyini davam etdirir.

Digər görüşdə “Sabah” “Sumqayıt”ı qəbul edib. Gözlənilənlərin əksində hesabı meydan sahibləri açıblar. Təmkin Xəlilzadə 34-cü dəqiqə fərqlənib. İkinci yarıda qonaqlar tarazlığı bərpa ediblər. Cəmaləddin Xocaniyazov rəqib qapısına yol tapıb. Görüş 1-1 hesabı ilə yekunlaşıb.