“Qəbələ”nin hücumçusu Ceyms Adeniyeyə növbəti təklif gəlib. Türkiyə birinci Liqasında mübarizə aparan “Ümraniyəspor” nigeriyalı legionerin transferi üçün qarşı tərəfə müraciət edib. Qardaş ölkə təmsilçisi afrikalı forvardın özüylə şəxsi müqavilə şərtlərini razılaşdırsa da, “Qəbələ” ilə ortaq məxrəcə gələ bilməyib. Belə ki, “Ümraniyəspor” Azərbaycan klubuna təzminat ödəmək istəməyib.