Sloveniyanın Poklyuka məntəqəsində biatlon üzrə dünya çempionatı davam edir. Çempionatın 3-cü günündə kişilər arasında sprint yarışı keçirilib.
Sloveniyanın Poklyuka məntəqəsində keçirilən biatlon üzrə dünya çempionatının 3-cü günündə azarkeşlər maraqlı mübarizənin şahidi olub. Kişilər arasında 10 km məsafəyə sprint yarışında Martin Ponsiluoma uğur qazanıb. İsveçli biatlonçu iki odlu silahdan atəş açarkən yanlışlığa yol verməyərək finiş xəttini birinci keçib. O, 10 kilometr məsafəni 24 dəqiqə 41 saniyəyə qət edib. Xatırladaq çempionatın ilk günündə qarışıq estefet yarışında Ponsiluoma bürünc medal qazanmışdı. Sprint yarışında ikinci pilləni isə finiş xəttini Martindən 11 saniyə gec keçən fransalı Simon Detye tutub. Onun həmyerlisi Emil Jaklen isə bürünc medala sahib çıxıb. Qarışıq estefat yarışında uğursuzluqla üzləşən rusiyalı biatlonçular sprintdə də istənilən nəticəni göstərə bilməyib. Şimal qonşularımızın heyətində ən yaxşı nəticəyə 10-cu yeri tutan Eduard Latıpov imza atıb. Ötən il bu yarışda çempion olan Aleksandr Loqinov isə 26-cı yeri tutub.