Milli Xokkey Liqasında  növbəti görüşlər keçirilib. Günün ən maraqla gözlənilən qarşılaşmalarından biri Floridada keçirilib. Yerli “Panters” komandası son çempion “Tampa Bey Laytininq”lə qarşılaşıb.

“Florida Panters” doğma meydanda “Tam Bey Laytininq”lə görüşüb. Oyuna daha yaxşı başalyan yerli komanda ilk hissəni minimal hesabla öndə başa vurublar. İkinci dövrədə  də təşəbbüsü əldən verməyən Florida xokkeyçilərinin vurduğu iki qola rəqib yalnız bir dəqiq zərbə ilə cavab verib. Sonuncu hissədə isə tərəflər hərəyə bir dəfə fərqlənməyə nail olublar. Görüşün yekun nəticəsi belə olub: Florida Panters- Tampa Bey Laytininq 5:2

Beləliklə, “Tampa Bey Layitininq”in 6 oyunluq uğurlu qələbə seriyasına yekun vurulub. Buna baxmayaraq komanda liderliyini davam etdirir. “Florida Panters” isə ikinci pillədədir.