Portuqaliya kubokunda yarımfinal mərhələsinin növbəti görüşü keçirilib. “Eştoril” doğma meydanda “Benfika” ilə qarşılaşıb.

Hesab 24-cü dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində  Andre Vidigal fərqlənib. Lakin qonaqlar da borclu qalmayıblar.Komanda  ilk hissənin tamamında bərabərlik qolunu vurmağa müvəffəq olub. Darvin Nunes diqqət mərkəzinə düşüb. İkinci yarıda hücumlarını gücləndirən Benfika futbolçuları  rəqib qapısından daha iki top keçirib. Əvvəlcə 69-cu dəqiqədə  Haris Seferoviç  vəziyyəti komandasının xeyirinə dəyişib. 78-ci dəqiqədə isə  dubl edən  Darvin  Nunes görüşdə yekun nəticəni müəyyənləşdirib -  Eştoril- Benfika 1:3

 Qeyd edək ki, bu komandaların yarımfinal mərələsində cavab görüşü martın 3-də  “Benfika”nın meydanında keçirirləcək.