Milli Xokkey Liqasında Şimal Divizionunda “Ottava Senators” “Edmonton Oilers”i qəbul edib.
Gərginliyi ilə yadda qalan matçın ilk dəqiqələrdə hər iki komandanın xokkeyçisi əlbayaxa döyüşməyə başlayıb. Yalnız hakimlərin müdaxiləsindən sonra tərəflər sakitləşib. Görüşün ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra irəli atılan meydan sahibləri fərqləniblər. Ruhdan düşməyən qonaqlar çox keçmədən tarazlığı bərpa ediblər. Sonuncu hissədə 2 dəfə fərqlənən “Edmonton Oilers” 3-1 hesabı ilə qələbə qazaanıb. Bununla da, komanda 7-ci qələbəsini qazanaraq 4-cü pillədə qərarlaşıb. “Ottava Senators” autsayder olartaq qalır. Şimal Divizionunun lideri “Toronto Meypl Lifs” komandasıdır.