İspaniya la liqasının lideri “Atletiko” 22-ci turunda “Selta” qəbul edib.
Qonaqlar 13-cü dəqiqədə Santi Minanın vurduğu qol sayəsində üstünlük qazanıb. Lakin Madrid kıubu fasiləyə kimi tarazlığı bərpa edib. Birinci hissənin tamamında Luis Suares hesabı bərabərləşdirib. Uruqvaylı hücumçu fasilədən sonra dubl edərək ardıcık 3-cü matçda bu uğura nail olub. Bununla Suares 16-cı dəfə fərqlənərək bombardirlər siyahısında liderliyini möhkəmlədib. Təcrübəli futbolçunun fərdi uğuruna baxmayaraq “Atletiko” üstünlüyünü sonadək qoruya bilməyib. Vaxtın başa çatmasına 1 dəqiqə qalmış “Selta”nın hücumçusu Fakundo Ferreyra komandasını məğlubiyyətdən xilas edib 2:2. “Atletiko” ardıcıl 8 qələbədən sonra heç-heçəylə yadda qalıb. Madrid klubu 51 xalla əvəlki kimi liderdir. “Barselona” və “Real” 43 xalla 2-ci, 3-cü yerlərdə qərarlaşıblar. “Selta” isə 3 oyundur ki, bərabərliklə kifayətlənir. Viqolular 26 xalla 10-cudular.