Azərbaycanın paralimpiya hərəkatına qoşulmasından 25 il ötür. Bu müddət ərzində respublikamızda müvafiq infrasturktur və maddi-texniki baza yaradılıb.Taleyinə fiziki qüsur yazılan atletlərimiz dövlətin hərtəfərli diqqət və qayğısı ilə əhatə olunub.İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edib, hərəkatın ən fəal üzvləri kimi tanınıblar.

       Tarixi 1950-ci illərin əvvəlindən başlanan paralimpiya yarışları ötən müddət ərzində beynəlxalq aləmdə kütləvi idman hərəkatı kimi böyük nüfuz qazanıb. Bu yarışlar səhhətində qüsur olan insanların qalib gəlmək istəyinin, fiziki qüdrətinin tərənnümünə çevrilib.

        Ümümmilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra yaranan sosial-siyasi sabitlik dövründə respublikamız da bu hərəkata qoşulub. 1996-cı il fevralın 9-da keçirilən  təsis konfransında Azərbaycan Respublikası Milli Paralimpiya Komiitəsi yaradılıb və təşkilatın rəhbər heyəti seçilib. Elə həmin il ölkəmiz ilk dəfə Atlantada  X Yay Paralimpiya Oyunlarında idmanın iki  növü üzrə yarışda iki idmançı ilə təmsil olunub.

        4 il sonra Sidney Paralimpidasında isə Azərbaycanın  7 idmançısı çıxış etdi. Paralimpiyaçılarımız ilk yüksək nailiyyətləruini də həmin yarışlarda qazandılar.  O vaxt ulu öndər Heydər Əliyevin rəhbərliyilə idmana göstərilən diqqət və qayğı paralimpiya hərəkatına da güclü təkan verdi. Məhz ümummilli liderimizin göstərişi ilə Sumqayıtda beynəlxalq standartlar səviyyəsində yeni kompleksin tikintisi başlandı.

         Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev Azərbaycan prezidenti seçildikdən sonra Azərbaycan idmanının, o cümlədən, paralimpiya hərəkatının  inkişafında misli görünməmiş nailiyyətlərin əsası qoyuldu. Təsadüfü deyil ki, ölkə başçısı çıxışlarında özünü paralimpiyaçıların ən yaxın dostu adlandırır, onların nailiyyətlərini fədakarlıq və qəhrəmanlıq nümunəsi kimi dəyərləndirirdi. Həmin dövrdən indiyədək Azərbaycan  paralimpiyaçılarının qələbə soraqları ən mötəbər turnirlərdən eşidilir.

           2008-ci il avqustun 28-də Sumqayıt şəhərində Paralimpiya İdman Kompleksinin açılışı oldu. MDB-də ilk dəfə paralimpiyaçılar üçün belə bir qurğunun  istifadəyə verilməsi ölkəmizdə hərəkatın inkişafında yeni mərhələ açdı.   

        Paralimpiyaçılarımız ölkə başçısının qayğısını daim hiss edirlər. Beynəlxalq yarışlarda yüksək naliyyətlər qazanan idmançılarımız  və onların məşqçiləri  Prezidentin sərəncamlarına əsasən orden və medallarla təltif olunurular. Paralimpiyaçılarımızın maddi rifahı, məişət şəraiti  yaxşılaşdırılır,onlar  mənzil və minik avtomobilləri ilə mükafatlandırılırlar.

         Ötən 25 il ərzində respublikamızda hərəkatın əhatə dairəsi xeyli  genişlənib. İndi paralimpiyaçılarımızın məşğul olduğu  idman növlərinin sayı 17-yə çatdırılıb. 2013 - cü ilin sentyabrında bu hərəkatın taixində ümumdünya miqyasında ilk dəfə Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb.Təşkilatın əsas məqsədi belə müəyyənləşdirilib: sağlamlıq imkanları məhdud uşaqları idmana cəlb etməklə onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına nail olmaq! Belə bir üsulla eyni zamanda  seçmə komandalarımıza ehtiyat qüvvə hazırlanır.

    Azərbaycan Milli Pralimpiya Komitəsi beynəlxalq əlaqələrin genişləndirilməsinə, müxtəlif idman qurumları, Beynəlxalq Paralimpiya Komitəsi, habelə ayrı-ayrı ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Bir sözlə, respublikamızın atletləri olimpiya idealları, əzmkarlıq, birlik, dostluq, sülh və ahəngdar inkişaf kimi bəşəri duyğulara sadiqliyini nümayiş etdirir. Bu xüsusiyyətlər komandalarımızın  paralimpiya oyunlarında yüksək nəticələrinin əsas şərti kimi qiymətləndirilir. Xatırlamaq olar  ki, idmançılarımız 1996-2018-ci illər arasında iştirak etdikləri 5 paralimpiadada  9 qızıl, 18 gümüş və 11 bürünc, ümumən 38 medala yiyələniblər. Bu qələbələrin qazanılmasında İlham Zəkiyev, Yelena Taranova, Ramin İbrahimov, Afaq Sultanova, Oleq Panyutin, Ramil Qasımov, Natali Pronina, Oloxan Musayev və bir çox başqalarının böyük xidmətləri olub. Məhz onların nailiyyətləri sayəsində Azərbaycan ümumdünya paralimpiya hərəkatında liderlər sırasına çıxıb.

      Paralimpiyaçılarımız həmçinin Bakıda ilk Avropa Oyunları, eləcə də İslam ölkələrinin 4-cü Həmrəylik Oyunlarında da ölkəmizi layiqincə təmsil ediblər. Hazırda Milli Paralimpiya Komitəsinin nəzdindəki bölmələrdə yüzlərlə idmançı məşq edir. Onların sıralarının daha da genişləndirilməsi üçün yeni tədbirlər nəzərdə tutulur. Vətən müharibəsində yaralanan əsgərlərin idmana cəlb edilməsi ilə bağlı təşəbbüs bu baxımdan xüsusi  maraq doğurur. Həmin layihə əsasında  qazilərimiz paralimpiya hərəkatına  qoşularaq döyüş zamanı Qarabağda, Şuşada ucaltdıqları şanlı bayrağımızı  yarış meydanlarında da dalğalandıra  bilərlər.

       İnanırıq ki, bu gün 25 illiklərini qeyd edən paralimpiyaçılarımız qarşıdakı növbəti sınaqlardan da şərəflə çıxacaq, yeni zirvələrə doğru inamla  irəliləyəcəklər.