Sənəd problemi səbəbiylə uzun müddətdir "Neftçi"nin düşərgəsinə qoşula bilməyən nigeriyalı legioner Yusuf Laval artıq Bakıdadı.
Yarımmüdafiəçi Azərbaycan Kubokunda "Zirə"ylə səfərdəki 1/4 final matçında iştirak etməyib. O, Premyer Liqanın III dövrəsinin startında "Qarabağ"la növbəti həftəsonu keçiriləcək görüşün hazırlığına qatılacaq. Xatırladaq ki, Yusuf yeni pasport alması yubandığına görə ölkəmizə qayıda bilməyərək, qış hazırlığını buraxmalı olmuşdu.