Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb.
Paytaxt təmsilçisi Azərbaycan U-19 millisilə qarşılaşıb. Mərdəkandakı “Dalğa Arena”da keçirilən matç “göy-ağlar”in 3:0 hesablı qələbəsilə nəticələnib. Görüşdə qolları Ramil Şeydayev, Amadu Diallo və Təmkin Xəlilzadə vurublar. “Sabah” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Zirə” ilə qarşılaşacaq. Oyun fevralın 14-də, saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.