Fevralın 7-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin üçüncü cavab qarşılaşması keçirilib.
Günün birinci matçında “Kəpəz” öz meydanında region təmsilçisi “Keşlə” klubunu qəbul edib. Gəncə şəhər stadionunda baş tutan görüşdə paytaxt təmsilçisi meydan sahiblərini iki cavabsız qolla üstələyib. Qonaqların qollarını Rəhman Hacıyev (58) və Anatole Abanq (90) vurub.
Beləliklə, birinci oyunda minimal hesabla uduzan "Kəpəz" doğma meydanda da qalib gələ bilməyərək ölkə kuboku uğrunda mübarizəni dayandırıb.
Mərhələnin sonuncu matçında “Neftçi” klubu “Zirə”nin qonağı olub. Matçda qapılara qol vurulmayıb. Birinci qarşılaşmada Rəşad Sadıqovun komandası 1 cavabsız qolla qalib gəldiyindən yarımfinala vəsiqə qazanıb.
Yarımfinal mərhələsində "Keşlə" "Zirə" ilə qarşılaşacaq. Ötən gün keçirilən oyunların nəticələrinə əsasən, digər yarımfinal matçında “Qarabağ” “Sumqayıt”la üz-üzə gələcək. Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq.