İspaniya kubokunda ¼ finalın son oyununda “Betis” doğma meydanda “Atletik”i qəbul edib.

İlk hissədə tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb. Fasilədən sonra 2 qol vurulub. Xüsusilə oyunun sonları daha gərgin keçib. 84-cü dəqiqədə “Betis”in heyətində Xuanmi hesabı açıb. Amma son saniyələrdə Bilbao klubu məğlubiyyətdən xilas olub. Raul Qarsiya tarazlığı bərpa edib - 1:1. Görüşün əsas vaxtı bu hesabla başa çatdığından komandalar qalibi müəyynləşdirmək üçün əlavə yarımsaat oynamalı olublar. Bu vaxt ərzində isə qapılara top vurulmayıb. Cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burda “Atletik” futbolçuları daha dəqiq olublar. Beləliklə Bilbao komandası yarımfinala adlayıb.