İngiltərə premyerliqasının 22-ci tur başa çatıb. London derbisində “Tottenhem” və “Çelsi” komandaları qarşılaşıb.
Görüşə güclü hücumlarla başlayan “zadəganlar” tezliklə istəklərinə çatıblar. 24-cü dəqiqədə Erik Dayerin Timo Vernerə qarşı kobudluğuna görə “mahmızlar”ın qapısına penalti təyin olunub. Jorjinyo 11 metrlik nöqtədən fərqlənərək “Çelsi”yə üstünlük qazandırıb. İlk hissə minimal hesabla başa çatıb. Fasilədən sonra “Tottenhem” futbolçularının səyinə baxmayaraq dönüş yaratmaq mümkün olmayıb. Beləliklə “Çelsi” qələbə xallarının sayını 36-ya çatdıraraq yarış cədvəlində “mahmızlar”ı arxada qoyub. Tomas Tuxelin komandası 6-cı pilləyə yüksəlib. “Tottenhem” isə 33 xalla 8-ci sıraya geriləyib. Turnir cədvəlinə 47 xalla “Mançester Siti” başçılıq edir. “Mançester Yunayted” 44 xalla 2-ci, “Lester” 42 xalla 3-cüdür.